Xüsusi karantində gəzintiyə çıxan sinif yoldaşları ölümdən döndülər

574 24-04-2020, 15:31 cemiyyet / hadise

Xüsusi karantində gəzintiyə çıxan sinif yoldaşları ölümdən döndülər
Şabranda içərisində 4 nəfər olan maşın yoldan çıxaraq aşıb

Şabranda karantin dövründə avtomobillə gəzintiyə çıxanlar qəzaya düşüb. Xeberdar.net İstiPress-ə istinadən xəbər verir ki, hadisə Bakı - Quba yolunun 131-ci km-də - Şabranın Gəndob kəndi ərazisində qeydə alınıb.

Gəndob kənd sakini 34 yaşlı Pərvin Nəsrulla oğlu Mirəliyev idarə etdiyi "Fiat" markalı avtomaşınla sinif yoldaşları olmuş həmyaşıdları Azər Zahid oğlu Musayev, Kamil Arif oğlu Rəsulov və Ziya Məzahir oğlu Qasanovla axşam gəzintisinə çıxıblar. Qəfildən avtomobilin yoldan çıxması nəticəsində sürücü və 3 sərnişin müxtəlif xəsarətlərlə Şabran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan stasionar müalicəyə götürülüb. Qəzanın başvermə səbəbini Baş Dövlət Yol Polisi İdarəsinin istintaqçıları aparır.

Qeyd edək ki, xüsusi karantin rejimində bu Şabranda qrup halda gəzən gənclərin iştirakı ilə qeydə alınan ikinci qəza hadisəsidir. Bundan aprelin 10-da rayon ərazisində "Kia Cerato"nun aşması nəticəsində 3 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdı.

Xeberdar.net

XƏBƏR LENTİ