Kürdəmirdə dəhşətli qəza - 5 nəfər öldü

735 4-05-2020, 17:50 hadise

Kürdəmirdə dəhşətli qəza - 5 nəfər öldüİki avtomobil toqquşub

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

Xeberdar.net-in məlumatına görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Abbas Kərim oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi "Nissan" markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes" markalı avtomobildə olan 3 sərnişin hadisə yerindəcə dünyasını dəyişib.

"Nissan"da olan sərnişinlərdən 4-ü isə ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra onlardan ikisi, o cümlədən 2 yaşlı Piriyev Sabir Ceyhun oğlu xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ