"Şanlı tariximizin bir günü" - Nərimanov rayon Gənclər və İdman İdarəsi onlayn tədbir keçirdi -FOTOLAR

3 493 28-05-2020, 21:02 cemiyyet / medeniyyet

"Şanlı tariximizin bir günü" - Nərimanov rayon Gənclər və İdman İdarəsi onlayn tədbir keçirdi -FOTOLARŞanlı tariximizin bir günü" adlı onlayn tədbir keçirilib.

Xeberdar.net xəbər verir ki, 28 may 2020-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə «28 may – Respublika günü» münasibəti ilə "Şanlı tariximizin bir günü" adlı onlayn tədbir keçirilmişdir.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Humanitar Kolleci Tərbiyə işləri üzrə direktor müavini Rasim Rzaxanov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai Xidmətinin rəhbəri Tamerlan Əkbərov, Bakı Avrasiya Universiteti Rektorluğun mütəxəssisi Kamil Məhəmmədli, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının əməkdaşı Şəfiqə Hənifəyeva, Dünya Yaddaş Federasiyasının Azərbaycan təmsilcisi, Utrain Şəxsi İnkişaf Mərkəzinin rəhbəri Mirşahin Əlizadə, Loqos Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Regionlarla iş şöbəsinin rəhbəri Ümidə Rəhimova, "Odlar Yurdu" Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Gülbəniz Cəfərova, Loqos Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi Gənclər şöbəsinin könüllüsü Rövşən Əlisoylu, YAP İmişli rayon Təşkilati Gənclər birliyinin sədr muavini Malik Ağazadə, ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədr, müavinləri və fəal gənclər iştirak etmişlər.

"Şanlı tariximizin bir günü" - Nərimanov rayon Gənclər və İdman İdarəsi onlayn tədbir keçirdi -FOTOLAR
"Şanlı tariximizin bir günü" - Nərimanov rayon Gənclər və İdman İdarəsi onlayn tədbir keçirdi -FOTOLAR

Tədbirdə çıxış edənlər bildirmişlər ki, 1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Yaradılmasından 23 ay keçəndən sonra - 1920-ci il aprelin 28-də rus-bolşevik ordusu tərəfindən müstəqil Azərbaycan dövlətinin fəaliyyətinə son qoyulmuşdur. Yalnız 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası özünü 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi elan etmiş və dövlət müstəqilliyimiz yenidən bərpa olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixin dövlət səviyyəsində Respublika Günü kimi qeyd olunmasında, 1918-1920-ci illərdə qazanılmış uğurların araşdırılaraq dünyaya çatdırılmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayan tədbir iştirakçıları bildirmişlər ki, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan Azərbaycan dövlətinin öz sələfinin dövlətçilik ideya və ənənələrini davam etdirəcəyini, ölkəmizin müstəqilliyinin əbədi olacağını bəyan etmişdir.
"Şanlı tariximizin bir günü" - Nərimanov rayon Gənclər və İdman İdarəsi onlayn tədbir keçirdi -FOTOLAR
"Şanlı tariximizin bir günü" - Nərimanov rayon Gənclər və İdman İdarəsi onlayn tədbir keçirdi -FOTOLAR
"Şanlı tariximizin bir günü" - Nərimanov rayon Gənclər və İdman İdarəsi onlayn tədbir keçirdi -FOTOLAR

Onlayn tədbirin sonunda 37 saylı tam orta məktəbin şagirdi İsmayılov Yusif Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirdi, mugam müsabiqələrinin QRAN-PRİ mükafatçısı, Heydər Əliyev fondunun təşəbbüsü ilə keçirilmiş televiziya mugam müsabiqəsinin diplomantı, Rainessiance beynəlxalq etno musiqi müsabiqəsinin qalibi Murad Kəngərli vətənpərvər mahnılar ifa edərək tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bəxş etdi.
"Şanlı tariximizin bir günü" - Nərimanov rayon Gənclər və İdman İdarəsi onlayn tədbir keçirdi -FOTOLAR
"Şanlı tariximizin bir günü" - Nərimanov rayon Gənclər və İdman İdarəsi onlayn tədbir keçirdi -FOTOLAR
"Şanlı tariximizin bir günü" - Nərimanov rayon Gənclər və İdman İdarəsi onlayn tədbir keçirdi -FOTOLAR
"Şanlı tariximizin bir günü" - Nərimanov rayon Gənclər və İdman İdarəsi onlayn tədbir keçirdi -FOTOLAR
"Şanlı tariximizin bir günü" - Nərimanov rayon Gənclər və İdman İdarəsi onlayn tədbir keçirdi -FOTOLAR
"Şanlı tariximizin bir günü" - Nərimanov rayon Gənclər və İdman İdarəsi onlayn tədbir keçirdi -FOTOLAR


Mirzə li

XEBERDAR.NET

XƏBƏR LENTİ