"Bu gün Azərbaycan ordusu işğal edilmiş torpaqları hər zaman düşməndən azad etməyə qadirdir!"- MİLLƏT VƏKİLİ

"Bu gün Azərbaycan ordusu işğal edilmiş torpaqları hər zaman düşməndən azad etməyə qadirdir!"- MİLLƏT VƏKİLİBu gün Azərbaycan ordusu işğal edilmiş torpaqları hər zaman düşməndən azad etməyə qadirdir! Düşmənlə səngərdə olan əsgər və zabitlərimiz torpaqlarımızı işğaldan azad etmək üçün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirlər.

1993-cü ildə ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının istəyi ilə siyasi hakimiyyətə qayıtdı və xalqın sarsıdılmış ruhunu özünə qaytardı. Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin rəhbərliyi altında qısa müddətdə nəinki dağılmış iqtisadiyyatını bərpa etdi, eyni zamanda dünyada nüfuzlu dövlətə çevrildi. Ulu öndər ilk vaxtlar xarici ölkələrə səfərləri zamanı özü ilə Azərbaycanın xəritəsini də aparırdı. Səfər etdiyi ölkələrdə Azərbaycanın yerləşdiyi coğrafi məkanı, eyni zamanda onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı həmin ölkələrin ictimaiyyətinə göstərirdi. Münaqişədə Azərbaycanın tutduğu ədalətli mövqeyi dünya ictimaiyyətinin diqqətinə əsaslandırılmış şəkildə çatdırırdı. Bu siyasi strategiyanın yeni mərhələdə uğurla davam etdirilməsi böyük nəticələrin əldə olunmasına gətirib çıxarıb.
Azərbaycan bu gün dünyada iqtisadi, siyasi və hərbi cəhətdən yerləşdiyi regionun ən qüdrətli dövləti kimi qəbul edilir. Bu da xalqın və ordunun mənəvi-psixoloji ruhunun yüksək səviyyədə olmasına xidmət edən güclü amildir. Ordu quruculuğu sahəsində aparılan ardıcıl islahatlar nəticəsində Azərbaycan ordusu daha da qüdrətlənmişdir. Bu gün işğalçı Ermənistan ordusundan fərqli olaraq, Azərbaycan ordusunda fərarilik hallarına rast gəlmək qeyri-mümkündür. Gənclərimiz böyük həvəslə ordu sıralarında xidmət keçirlər. Azərbaycan ordusunun əsgər və zabit heyəti milli ruhda, dövlətçilik ruhunda hazırlanır. Bu faktın özü də insanların orduya münasibətini əks etdirir.
Təmsil olunduğum 96 saylı Goranboy – Naftalan seçki dairəsi üzrə seçicilərlə keçirdiyimiz mütəmadi görüşlərdə bir daha şahidi oluram ki, xalq və ordu torpaqlarımızın işğaldan tezliklə azad edilməsi məsələsində yekdil mövqedədir. İndi hamı cəbhə üçün çalışmalı, tarixi ədalətsizliyə son qoymaq üçün əlindən gələni etməlidir. 28 May – Respublika Günü münasibətilə ölkə başçısının “Qobu 3” yaşayış kompleksinin açılışında dediyi kimi – « torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracağıq. Ermənilər tərəfindən dağıdılmış və məhv edilmiş milli irsimiz sənədləşdirilib. Biz öz tarixi keçmişimizi yaxşı bilirik və yaxşı bilirik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. İşğal olunmuş torpaqlar azad ediləndən sonra bütün binalar yenidən qurulacaq, o cümlədən dağılmış tarixi abidələrin mövcudluğunu əks etdirən əməli memarlıq tədbirlərinin görülməsi də nəzərdə tutulur. Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bunu deməyə əsas verən bir çox amillər var – bizim hərbi gücümüz və biz bunu göstərmişik».
Bununla da cənab Prezidentin münaqişə ilə bağlı tutduğu prinsipial mövqeyi bir daha diqqətə çatdırması nəinki Azərbaycan xalqı, ordusu tərəfindən, bütün sülhpərvər insanlar, dövlətlər tərəfindən yüksək qiymətləndirildi. Burada söhbət heç də müharibəyə çağırışdan getmir. Sadəcə olaraq Ermənistan tərəfindən aparılan işğalçı siyasətin, separatizmin insanlığa, bəşəriyyətə qarşı təhlükəsinə diqqət yönəldilir.

Anar MƏMMƏDOV
Milli Məclisin deputatı

"Bu gün Azərbaycan ordusu işğal edilmiş torpaqları hər zaman düşməndən azad etməyə qadirdir!"- MİLLƏT VƏKİLİ

  • 31-05-2020, 23:41
  • 160


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə; "İranla bağlanan o saziş təkcə siyasi deyil, həm də iqtisadi cəhətdən də nə qədər ziyanımızadır,.."
  2. “Məməmmədli” kəndinin probelmləri Türkiyənin televiziyasında yayımlanıb
  3. SAAKAŞVİLİ RUSİYA PREZİDENTİ HAQDA SENSASİON AÇIQLAMALAR VERDİ:"Sarkozi qorxmuş vəziyyətdə danışdı ki, Putin zombiləşib, o, çox təhlükəli adamdır..." - VİDEO
  4. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  5. Azərbaycanda əmək müqaviləsinin forması dəyişdirilir
  6. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  7. Azərbaycandan milyonlarla pulu çıxaran şəxslər kimlərdir? — DTX əməliyyatının ŞOK DETALLARI
  8. SABİQ NAZİRİN ŞİRKƏTİ 10 MİLYONLUQ TENDERİN QALİBİ OLUB - Son 9 ay ərzində ikinci dəfə
  9. "Ölkədə durum o qədər ciddiləşməkdədir ki, hər hansı kiçik bir hadisədən belə hər an böyük bir proses baş verə bilər" - Hürrü Əliyev
  10. Deputat karantin rejiminin qaydalarını pozub - FOTO
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI