Türkiyədə həftəsonu küçəyə çıxma qadağası ləğv edildi

558 5-06-2020, 13:31 dunya

Türkiyədə həftəsonu küçəyə çıxma qadağası ləğv edildi“Ötən gecə 15 şəhərdə həftəsonu küçəyə çıxma qadağasının olacağı elan edilmişdi. Ancaq vətəndaşlarımızdan aldığımız dəyərləndirmələr bizi qərarı yenidən gözdən keçirməyə yönəltdi”.

Xeberdar.net “Hürriyet”ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Beləliklə, prezident olaraq 15 şəhərimizi əhatə edən həftəsonu küçəyə çıxma qadağasını ləğv etmək qərarını verdim. Vətəndaşlarımızdan bu müddətdə maska, məsafə, təmizlik qaydalarına diqqətlə riayət etmələrini xahiş edirəm”, - o deyib.

XƏBƏR LENTİ