"Dondurulmuş qida bazarlarında virus çox sürətlə yayılıb" - Çinli mütəxəssislərdən qorxunc iddia

721 22-06-2020, 09:52 cemiyyet

"Dondurulmuş qida bazarlarında virus çox sürətlə yayılıb" - Çinli mütəxəssislərdən qorxunc iddiaKoronavirus (Covid-19) pandemiyasının ortaya çıxdığı Çində mütəxəssislər tərəfindən qorxunc iddia irəli sürülüb.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, ölkənin tanınmış həkim-professoru Li Lanjuan koronavirusun mənfi 20 dərəcədə 20 il yaşaya bildiyini iddia edib.

Li Lanjuan qeyd edib ki, soyuq temperatura davam gətirə bildiyi üçün virus ölkələr arasında çox rahat şəkildə yayıla bilir.

Koronavirusun soyuğa davamlılığı səbəbindən dondurulmuş qidalar üzərindən də yoluxma ehtimalı olduğunu iddia edən Li Lanjuan yoluxma riskini nəzər alaraq, qida ticarətində nəzarətin gücləndirilməsinin zəruri olduğunu bildirib: "Virus mənfi 4 dərəcədə bir neçə ay, mənfi 20 dərəcədə isə 20 il yaşaya bilir".

Li Lanjuanın sözlərinə görə məhz bu səbəbdən dondurulmuş qida bazarlarında virus çox sürətlə yayılıb.

XƏBƏR LENTİ