Bəyaz Hərəkatın təşəbbüsü ilə MİLLƏT İTTİFAQI qurulur

1 105 7-09-2020, 13:30 siyaset / cemiyyet

Bəyaz Hərəkatın təşəbbüsü ilə  MİLLƏT İTTİFAQI qurulur
Xeberdar.net'ə Bəyaz Hərəkatın Mətbuat xidmətindən verilən məlumata görə, Bəyaz Hərəkatın təşəbbüsü ilə MİLLƏT İTTİFAQI qurulur.
Məlumatda deyilir:
BƏYAZ HƏRƏKAT olaraq
Vətən torpaqlarımızın işğaldan azad olunması üçün iqtidarın apardıgı mübarizə metodunu, siyasətini yanlış hesab edərək, daxildə və xaricdə millət olaraq haqlarımızın və hüquqlarımızın pozulmasını görərək, Güneydə yaşayan 40 milyon qardaşlarımızın taleyindən heç bir narahatçılıq keçirməyən, Türk dünyasının birliyinə fəaliyyətləri ilə maneə törədən ünsürlərə "bilinməyən" səbəblərdən münbit siyasi şərait yaradan səriştəsiz iqtidarın uzun zaman intervalındakı fəaliyyətini qəbul etməyərək;
Torpaqlarımızın azadlığı, Vətənimizin bütövlüyü, böyük Azərbaycan dövlətinin bərpası və Türk dünyasının birliyi yolunda mübarizə aparan güneyli-quzeyli bütün təşkilatlarımızın birgə fəaliyyətini təmin etmək üçün MİLLƏT İTTİFAQI yaratmaq təşəbbüsümüzü bildiririk.
MİLLƏT İTTİFAQI'nın prinsipləri və əsasnaməsi 15.09.2020 tarixində (yurdlarımızın terrorist daşnaklardan və rus fars himayədarlarından azad olunduğu gün) elan olunacaq.
Millət İttifaqı Təşəbbüs qrupu
Mirzə li
XEBERDAR.NET


XƏBƏR LENTİ