Bu gündən rayonlara gediş-gəliş və restoranlara daxildə xidmət göstərməyə icazə verilir –DETALLAR

Bu gündən rayonlara gediş-gəliş və restoranlara daxildə xidmət göstərməyə icazə verilir –DETALLARAzərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarə ilə bu gündən rayonlara gediş-gəliş və restoranlara daxildə xidmət göstərməyə icazə verilib.

Bu barədə Strateq.az-a daxil olan məlumatda deyilir:

“Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVİD -19) infeksiyasının yayılması məhdudlaşdırılmış, yoluxma hallarının sayında azalmaya nail olunmuşdur.

Avqustun 5-dən başlayaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılmış və yumşalmalar təmin edilmişdir.

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-i saat 00:00-dan aşağıdakı sahələr üzrə əlavə yumşalma tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır:

– Müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilir;

– Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).

Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək və virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha hamını tətbiq olunmuş karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl etməyə çağırırıq”.

Bu gündən rayonlara gediş-gəliş və restoranlara daxildə xidmət göstərməyə icazə verilir –DETALLAR

  • 8-09-2020, 09:30
  • 241


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xaçmazda quduzluq təhlükəsi - Hökümət isə susur...-VİDEO
  2. MMC rəhbəri mebel firmasına borcunu qaytarmır – Foto
  3. Bələdiyyə sədri Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini ilə nədə “razılaşmır”?
  4. Düşmən şirnikləndici vədlərlə Azərbaycan sakinləri ilə təmasa çalışır - DTX ayıq olmağa çağırdı
  5. Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır-MÜSAHİBƏ
  6. AQTA-dan toy açıqlaması
  7. Tixanovskaya özünü Belorusun yeganə lideri elan edib - “Lukaşenkonun inauqurasiyası məzhəkədir”
  8. Əli Həsənovun köməkçisinin otelində cinayət - Prokurorluq hərəkətə keçdi
  9. Sabah hava necə olacaq? –Proqnoz
  10. Elçin Sadıqovun fərdi vəkil fəaliyyəti ləğv edildi
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI