"Unutmayaq ki,biz müəllimik" - Müəllim Günay Bayramlı - TƏHSİL

3 809 16-09-2020, 22:20 cemiyyet / bolge / maraqli

"Unutmayaq ki,biz müəllimik" - Müəllim Günay Bayramlı - TƏHSİL

Unutmayaq ki,biz müəllimik
Bayramlı Günay Məhəmməd qızı 1986-cı ildə Şamaxı rayonunun Cəmcəmli kəndində ziyalı bir ailədə dünyaya göz açmışdır. Məktəbə həvəsi və 1-ci sinfin məlumatlarını mənimsədiyi üçün 5 yaşında eksterni imtahan ilə indiki Qobustan rayonu, Rauf Babaşov adına Cəmcəmli kənd tam orta məktəbinin I sinfinə qəbul olunur.Ilk müəllimi atası Məhəmməd müəllim olur.14 yaşında həmin məktəbi bitirir.Həvəsi hərbçi olsa da yaşı balaca olduğu üçün alınmır.(Bu arzusunu bu il orduya yazılmaqla yenidən bildirir).Təsadüflər valideynlərinin yolunu davam etdirməyə gətirib çıxarır.2003-cü ildə ADPK-nə qiyabi qəbul olunaraq,kənd kitabxanasının müdiri olaraq işləyir.2006-cı ildə ilk pedaqoji fəaliyyətini dərnək rəhbəriylə,2007-ci ildə isə müəllim kimi fəaliyyətə başlayır.Başladığı gündən valideynlərinin çalış müəllim adını həmişə uca tut,çünki müəllim hər zaman yaxşı mənada seçilməli,elin-obanın içində sevilməli,mad diyyat deyil mənəviyyat önəmli olmalı nəsihətlərinə əməl edir və bu fikirləri əsas tutaraq işlədiyi müddətdə heç bir nöqsana yol vermir .
2017-ci ildə TIPİİ-nin keçirdiyi məktəbəhazırlıq qruplarının təşkili metodikası üzrə ixtisasartırmada iştirak edərək ən yüksək nəticəni əldə edir.Rayonun ən gözəl hazırlıq sinfini hazırlayıb uşaqların ixtiyarına verir. "Həyat bilgisi fənninin tədrisi metodikası"mövzusunda ixtisasartırma təlimlərində iştirak edib.Bugünə kimi Bakı şəhərində təhsillə bağlı təşkil olunan bir çox seminarlar və forumlarda iştirak etmişdir.Hal-hazırda da bu işi online olaraq vebinarlarda iştirak edərək davam etdirir.Həyatda ən çox qazandığı uğuru şagirdlərinin (bu sevgini qazanmağı özü üçün dünya sanır,hər zaman uşaqlar mənim sevincimdir şüarını səsləndirir) və el-obasının sevgisini qazanmaq olub.Uğurlarını valideynlərinə borcludur.Makedonyalı Isgəndər müəllimi hər zaman yüksək tutaraq,"Valideynlərim məni göydən yerə endirdilər,müəllimim isə yerdən göyə qaldırdı"aforizmini çox bəyənir,ancaq valideynlərim məni göydən yerə endirdikləri kimi yerdən də göyə qaldırdılar kimi qeyd edir.Çünki valideynləri də bu gözəl peşəyə sahibdirlər.Günay Bayramlı hal-hazırda həyat bilgisi fənnini tədris edir.Işlədiyi müddətcə şagirdlərin marağı ön planda olub.Çalışıb onların arzularını,istəklərini bir müəllim kimi yerinə yetirsin.Bu sənətə gəldiyi gündən məsuliyyətlə,vicdanla işləyir.Şagirdlərinə ən çox Vətənpərvər ruhlu böyüməyi,yalan danışmamağı,haqlını haqsız vəziyyətə salmamağı ailə dəyərlərini həmişə möhkəm tutmağı,valideynlərinin çəkdiyi əziyyətləri itirməməyi tapşırır."Covid 19"Pandameyası ilə bağlı karantin günlərində Teams və Zoom proqramlarında indiyə kimi şagirdləriylə mütamadi olaraq məşğul olur,onların online müsabiqələrdə,tədbirlərdə iştirakını təmin edir.Onun fikrincə müəllim hər zaman axtarışda olmalıdır.Hər an nəyisə öyrənməli,onları şagirdlərinə ərmağan etməlidir.
Karantin dövründə virtual məktəblə maraqlanmayan müəllimləri fəal olmağa,azından şagirdləriylə virtual görüşlər təşkil etməyə çağırdı. Bəzi müəllimlərin sosial şəbəkələrdə nə oldu,olmadı paylaşıb ,etikadan kənar çıxdığını bildirdi.Unutmayaq ki,biz müəllimik.Əgər bizə özümüz hörmət qoymasaq heç kim o hörməti qoymaz.Gəlin bu gözəl peşəyə layiq olaq.Harda necə danışıb-danışmamağımızı,hərəkətlərimizin fərqinə varaq.Çünki şagirdlərimiz bizim aynamızdır.Nəyi təbliğ etsək onu da görəcəyik .
Ümid edirik bu virus tezliklə ölkəmizdən y ox olacaq və yenidən həmişəki kimi gözəl məktəb həyatımıza geri dönəcəyik.(Məktəbin açılmağını səbirsizliklə gözləyirki çox sevdiyi şagirdlərinə qovuşsun).
Günay müəllim boş vaxtlarında kitablar oxuyur,hərbi vətənpərvərlik mahnılarını, ələxsus Şəmistan Əlizamanlını dinləməyi və xüsusən əl işləri hazırlamağı çox sevir.Arzularından biridə Əməkdar mədəniyyət işçisi Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanovla görüşməkdir.Çünki bu sahəyədə çox maraqlıdır.Hər bir bacarığını şagirdlərinə öyrətməyə çox həvəslidir.

Şəxsən tanıdığıma görə bilirəm ki, müəllim adına uyğun uşaqla uşaq kimi davranmağı, böyüklərə hər zaman xoş münasibət göstərməyi, şagirdlərlə bir müəllimdən çox bir bacı kimi davranmağı ilə tanınır. Məktəbdə keçirilən bir çox tədbirlərdə təşkilatçı olaraq şagirdlərin ruh yüksəkliyi ilə hazırlanmasında çox əziyyət çəkir.
Müəllim adının Şərəfini qorumağı özünə borc bilən, daim o adı yüksək tutan Günay müəllimimizə işlərində və yeni dərs ilində uğurlar arzu edirəm.
Sizin kimi müəllimlərimiz sayəsində şagirdlərimiz bu yolu seçir.
UĞURLAR!

Mirzə li
XEBERDAR.NET

XƏBƏR LENTİ