Yaralı halda Azərbaycan tərəfə əsir düşən ermənilər onlara münasibətdən danışdılar - FOTO

Yaralı halda Azərbaycan tərəfə əsir düşən ermənilər onlara münasibətdən danışdılar - FOTO

Yaralı halda Azərbaycan tərəfə əsir düşən ermənilər onlara münasibətdən danışdılar - FOTO
Əsir düşən ermənilərə müalicə aldıqları hospitalda baş çəkilib.

Bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda qeyd edilib.

Dövlət Komissiyasının katibi İsmayıl Axundov Ermənistan silahlı qüvvələrinin cari il sentyabrın 27-də atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı başladığı hərbi əməliyyatlar zamanı yaralı vəziyyətdə əsir düşmüş Ermənistan hərbçiləri - 13.11.2001-ci il təvəllüdlü Sarqsyan Areq Siraki, 23.05.2001-ci il təvəllüdlü Amircanyan Narek Qariki və 07.09.2001-ci il təvəllüdlü Mikayelyan Albert Yervandi müalicə aldıqları hospitalda baş çəkib.

Başçəkmə zamanı Komissiya katibi yaralı Ermənistan hərbçilərinin vəziyyəti, onlarla davranış, müalicələri və saxlanma şəraitləri ilə maraqlanıb.

Ermənistan hərbçiləri Azərbaycanda onlara göstərilən münasibətdən və davranışdan razı qaldıqlarını, müalicələrinin normal aparıldığını bildirib, minnətdarlıq ifadə ediblər.

Beynəlxalq humanitar hüquq normalarının müvafiq müddəaları rəhbər tutularaq, başcəkmə zamanı yaralı Ermənistan hərbçilərindən ikisinin ailələri ilə telefon əlaqəsi saxlamaları təmin edilib. Ailə üzvlərinin telefon nömrələrini xatırlamadığını bildirən Albert Mikaelyana isə videomüraciətlə yaxınlarına onunla davranış və müalicəsi barədə məlumat verilməsi üçün şərait yaradılıb.

Ermənistan hərbçiləri başçəkməyə, xüsusilə də ailə üzvləri ilə yaradılmış telefon əlaqəsinə görə minnətdarlıqlarını bildiriblər.
Yaralı halda Azərbaycan tərəfə əsir düşən ermənilər onlara münasibətdən danışdılar - FOTO
Yaralı halda Azərbaycan tərəfə əsir düşən ermənilər onlara münasibətdən danışdılar - FOTO
Yaralı halda Azərbaycan tərəfə əsir düşən ermənilər onlara münasibətdən danışdılar - FOTO
Yaralı halda Azərbaycan tərəfə əsir düşən ermənilər onlara münasibətdən danışdılar - FOTO
Yaralı halda Azərbaycan tərəfə əsir düşən ermənilər onlara münasibətdən danışdılar - FOTO

Yaralı halda Azərbaycan tərəfə əsir düşən ermənilər onlara münasibətdən danışdılar - FOTO

  • 18-10-2020, 18:30
  • 80


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Partiya sədrindən çağırış: "Xalqımızı bölməyə, kiçiltməyə hesablanmış ittiham və iradlarınızı saxlayın"
  2. Vətəndən uzaqda Vətənlə döyünən ürəklər....
  3. Ümid Partiyasının Fransa Senatına etirazı
  4. Rəfail Tağızadə: "Olanları unutmaq üçün ötənlərə zirvədən baxmaq gərək"
  5. İlahə Sadıqova: "Məişət zorakılığı bütövlükdə cəmiyyət üçün təhlükəlidir"
  6. AZƏRBAYCAN ORDUSU ŞƏHİD VERDİ: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
  7. RUSİYA PREZİDENTİ BORİS YELTSİNİN ƏBÜLFƏZ ELÇİBƏYƏ GÖNDƏRDİYİ MƏKTUB
  8. DİN-dən siqaret çəkilməsilə bağlı daha bir açıqlama
  9. İran rəsmiləri İsraili nüvə fiziki Muhsin Fəhrizadəyə sui-qəsd etməkdə günahlandırır
  10. Mütəxəssis: “Qaydalara tam əməl olunmasa, növbəti həftələrdə koronavirusa yoluxma daha da arta bilər"
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI