TÜRKİYƏ AZƏRBAYCANA ORDU GÖNDƏRİR! - Ərdoğan qətnamə layihəsini parlamentə təqdim etdi + VİDEO (Yenilənib)

TÜRKİYƏ AZƏRBAYCANA ORDU GÖNDƏRİR! - Ərdoğan qətnamə layihəsini parlamentə təqdim etdi + VİDEO (Yenilənib)Türkiyədə Prezident Administrasiyası prezident Rəcəb Tayyİb Ərdoğanın imzasıyla Azərbaycana hərbi kontingentin göndərilməsi ilə bağlı qətnamə layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib.

Bu barədə məlumatı "Anadolu" agentliyi yayıb.

Bildirilir ki, bu qətnamə layihəsi Türkiyə və Azərbaycan arasında daha öncələr imzalanmış qarşılıqlı hərbi yardımlaşma sazişinə müvafiq olaraq hazırlanıb.

Qeyd edək ki, bu il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan lideri arasında imzalanmış atəşkəs bəyannaməsi ilə Qarabağda hərbi əməliyyatlar dayandırılıb, Rusiya sülhməramlıları bölgəyə gətirilib.

Ancaq Türkiyə dövləti bölgədə sülhməramlıların fəaliyyətinə nəzarət etmək, Qarabağda qalıcı sülhün bərqərar olunmasında, erməni hərbi birləşmələrin bölgədən çəkilməsi prosesində iştirak etmək niyyətindədir.

***

Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair noyabrın 10-da əldə etdikləri razılaşmanın yerinə yetirilməsinin monitorinqini aparmaq üçün Türkiyə Azərbaycana hərbi qüvvələr göndərir.

Virtualaz.org xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə müvafiq qətnamə layihəsi Böyük Millət Məclisinə təqdim edilib. Türkiyə hərbi qüvvələri atəşkəsə nəzarət üzrə qurulacaq monitorinq mərkəzində təmsil olunmaq üçün göndərilir.
“Əldə edilmiş razılaşmaya görə, atəşkəsə əməl edilməsinə nəzarət üzrə işğaldan azad edilən Azərbaycan ərazilərində ortaq mərkəz qurulacaq. Azərbaycanın tələbi ilə bu mərkəzdə Rusiya və Türkiyənin ortaq təmsil olunması qərarlaşdırılmışdı”,-layihədə deyilir.
TÜRKİYƏ AZƏRBAYCANA ORDU GÖNDƏRİR! - Ərdoğan qətnamə layihəsini parlamentə təqdim etdi + VİDEO (Yenilənib)
“Azərbaycanın müəyyən edəcəyi yerdə Türkiyə ilə Rusiyanın birlikdə quracağı Ortaq Mərkəz və bu Mərkəzin yerinə yetirəcəyi fəaliyyətlərdə Türkiyə Silahlı Qüvvələri personalının və lazım olarsa ölkəmizdən mülki personalın təmsil edilməsi 2010-cu il avqustun 16-da imzalanan Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası arasında strateji müttəfiqlik və qarşılıqlı hərbi yardım anlaşmasına əsaslanır, ölkəmizin üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü təmsil edən beynəlxalq hüquq prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT prinsipləri ilə uyğundur, bölgə xalqlarının hüzur və rifahının yararına olacaq, ayrıca olaraq milli maraqlarımız baxımından da gərəkli olduğu dəyərləndirilməkdədir”,-layihədə daha sonra bildirilir.

Qətnamə layihəsində iki ölkə arasında anlaşmaya işarə edilərək bildirilir ki, Türkiyə tərəfi üzərinə düşən öhdəlikləri yerinə yetirmək, atəşkəsin təmin edilməsi, atəşkəsin pozulması hallarına yol verilməməsi və regionda stabilliyin təmin edilməsi üçün Türk Silahlı Qüvvələri personalını Ortaq Mərkəzdə təmsil olunmağa göndərmək qərarına gəlib. Bu qüvvələr Türkiyə prezidentinin müəyyən edəcəyi şəkildə istifadə olunacaq.

Xatırladaq ki, 10 noyabr razılaşmasına əsasən Rusiya Dağlıq Qarabağa 2 min nəfər yaxın hərbçidən və çoxsaylı hərbi texnikadan ibarət sülhməramlı qüvvələr yeridib. Əldə edilən razılaşmda atəşkəsə nəzarət üzrə Dağlıq Qarabağdan kənarda Rusiya və Türkiyənin birgə monitorinq mərkəzinin qurulması da nəzərdə tutulur.
TÜRKİYƏ AZƏRBAYCANA ORDU GÖNDƏRİR! - Ərdoğan qətnamə layihəsini parlamentə təqdim etdi + VİDEO (Yenilənib)

TÜRKİYƏ AZƏRBAYCANA ORDU GÖNDƏRİR! - Ərdoğan qətnamə layihəsini parlamentə təqdim etdi + VİDEO (Yenilənib)

  • 16-11-2020, 13:49
  • 64


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Partiya sədrindən çağırış: "Xalqımızı bölməyə, kiçiltməyə hesablanmış ittiham və iradlarınızı saxlayın"
  2. Vətəndən uzaqda Vətənlə döyünən ürəklər....
  3. Rəfail Tağızadə: "Olanları unutmaq üçün ötənlərə zirvədən baxmaq gərək"
  4. İlahə Sadıqova: "Məişət zorakılığı bütövlükdə cəmiyyət üçün təhlükəlidir"
  5. AZƏRBAYCAN ORDUSU ŞƏHİD VERDİ: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
  6. İran rəsmiləri İsraili nüvə fiziki Muhsin Fəhrizadəyə sui-qəsd etməkdə günahlandırır
  7. Fransa sabah nə qərar verəcək? - Makronun səhv qərarı Azərbaycanı itirməklə nəticələnə bilər
  8. Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib –Əmr
  9. Elşad Hacıyev DİN-də yüksək vəzifəyə təyin edildi
  10. Şəmkirdə ev yanıb külə döndü
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI