Bu sahələr fasiləsiz fəaliyyət göstərəcək: Siyahıda KİV də var

463 19-11-2020, 15:00 cemiyyet

Bu sahələr fasiləsiz fəaliyyət göstərəcək: Siyahıda KİV də varXəbər verildiyi kimi, Azərbaycanda karantin rejimi 28 dekabra qədər uzadılıb.

Xeberdar.net məlumat verir ki, Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 noyabr tarixli 450 nömrəli Qərarına 1 nömrəli əlavə Fəaliyyətinə icazə verilən sahələr aşağıdakılardır:

1. hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;
2. fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti;
3. səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri;
4. kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı fəaliyyəti;
5. fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti;
6. apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti;
7. kütləvi informasiya vasitələrinin fəaliyyəti;
8. mühafizə xidmətləri

XƏBƏR LENTİ