Qardaşının şəxsiyyət vəsiqəsi ilə postdan keçmək istəyən şəxs həbs edilib –DİN

Qardaşının şəxsiyyət vəsiqəsi ilə postdan keçmək istəyən şəxs həbs edilib –DİNQubada karantin qaydalarını pozaraq qardaşının şəxsiyyət vəsiqəsi ilə postdan keçmək istəyən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar xidməti ərazidə qurulmuş müvəqqəti stasionar postda xidmət aparan zaman sərtləşdirilmiş karantin rejimi qaydalarını kobud şəkildə pozaraq Qusar rayonu istiqamətində hərəkət edən Quba rayon sakini Rəşad Talıbovu idarə etdiyi “Niva” markalı nəqliyyat vasitəsi ilə birlikdə saxlayıblar.

Şöbə əməkdaşları sürücünün hərəkətə icazə verən xüsusi icazəsinin olub-olmamasını yoxlayan zaman isə sürücü Rəşad Talıbov rayon ərazisində, eləcə də digər rayonlara sərbəst getmək üçün icazə.gov.az portalından qeydiyyatdan keçən və hərəkətinə icazə verilən qardaşı Ramil Talıbova məxsus şəxsiyyət vəsiqəsindən istifadə etdiyini müəyyən ediblər. Onun törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınıb və qanunvericiliyə uyğun olaraq RPŞ-nə gətirilib.

Faktla bağlı Rəşad Talıbov barəsində Quba RPŞ-də toplanmış materiallara hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Quba rayon məhkəməsinə göndərilib və məhkəmənin müvafiq qərarına əsasən həmin şəxs inzibati qaydada 10 sutka həbs edilib.

Qardaşının şəxsiyyət vəsiqəsi ilə postdan keçmək istəyən şəxs həbs edilib –DİN

  • 8-01-2021, 11:30
  • 197


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə Putinə açıq məktub yazdı
  2. Siyasətin boz üzü
  3. Şubasını satan, evini hərraca çıxaran, qazan reklamı edən... - Müğənnilərin karantin gündəliyi
  4. MİRZƏ FƏTƏLİ AXUNDOV DİN HAQQINDA
  5. Azərbaycan vətəndaşları Türkiyədə daha 155 mənzil alıb –Statistika
  6. "Hər kəs bir sayt yaradır və istədiyini edir..."
  7. Şuşada yol qəzası olub, bir hərbçi həlak olub, iki hərbçi yaralanıb –Müdafiə Nazirliyindən açıqlama
  8. Suqovuşanda düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı - FOTOLAR
  9. Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən şəxslər tutulub - VİDEO
  10. Şabranda oğlunu güllələyən ata saxlanıldı
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI