"Hər kəs bir sayt yaradır və istədiyini edir..."

660 14-01-2021, 14:58 cemiyyet

"Hər kəs bir sayt yaradır və istədiyini edir...""Burda nəzarətə götürməkdən söhbət getmir, belə xaotik durum bizim peşəkar jurnalistlərimiz üçün çətinliklər yaradır"
"Hər kəs bir sayt yaradır və istədiyini edir..."

“Yenilik ondan ibarətdir ki, burda onlayn media sferasının əhatə olunmasından və bir də audio-vizual sosial şəbəkələr üzərindən yayılan KİV-lərin tanınmasından söhbət gedir. Adından da və nizamnaməsindən də görünür ki, yeni yaranmış Medianın İnkişafı Agentliyi onlayn media sferasını əhatə edəcək”

Bunu Moderator.az-a açıqlamasında media eksperti, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib. M.Ələsgərli yeni yaranmış qurumun bu sahədə aparacağı tənzimləmərinin peşəkar jurnalistlər üçün faydalı olacağını bildirib:

“Yenilik ondan ibarətdir ki, burda onlayn media sferasının əhatə olunmasından və bir də audio-vizual sosial şəbəkələr üzərindən yayılan KİV-lərin tanınmasından söhbət gedir. Adından da və nizamnaməsindən də görünür ki, yeni yaranmış Medianın İnkişafı Agentliyi onlayn media sferasını əhatə edəcək. Onlayn media ilə rəqəmsal medianın çeşidləri müxtəlifdir. Burda tutaq ki, ənənəvi KİV-lərin, televiziyaların, internet televiziyasından və yaxud da ki, xəbər portallarından söhbət getmir. Yəni bunlar da daxil olmaqla, həm də sosial şəbəkə üzərində qurulan KİV-lərin də fəaliyyəti tənzimlənəcək. Bilirsiniz ki, bu sahədə çox ciddi şəkildə boşluqlar mövcuddur. Sosial şəbəkə platforması ilə KİV-lər fərqli anlayışlardır. Kütləvi informasiya vasitələrində yayılan xəbərin standartı var, yəni göstərilir ki, xəbər obyektiv, qərəzsiz və dəqiq olmalıdır. Amma sosial şəbəkələrdə insanların şəxsi profillərindən yayılan informasiyalarda bu tələb və standartlar yoxdur. Sosial şəbəkə platformalarında insanlar özlərinin şəxsi dünyagörüşlərinə, duyğularına uyğun xəbərlər yayırlar. Amma problem ondandır ki, onlar çox zaman şəxsi profillər yaradırlar və bunu kütləvi informasiya vasitəsi adlandırırlar. Bu da KİV standartlarına uyğun gəlmir. Yəni orda da daha çox xəbər standartlarına yox, özlərinin şəxsi duyğularına, bilgilərinə üstünlük verirlər. Bax burda da ciddi problem yaranır.

Hər kəs bir sayt yaradır və istədiyini edir. Bu sahədə ilk növbədə standartların müəyyənləşməsi lazımdır. Yəni aydın olmalıdır ki, kimlərin KİV, kimlərinsə şəxsi platforması var. Agentliyin fəaliyyətində hesab edirik ki, bu sahədə tənzimləmə olacaq. Dünən agentliyin rəhbəri Əhməd müəllim açıqlama verdi və göstərdi ki, ilk fəaliyyətimiz jurnalistlərimiz və KİV-nin standartlarının müəyyənləşməsindən keçəcək. Yəni kimlər jurnalistdir, kimlər KİV təmsilçisidir və kimlər isə şəxsi profilində öz duyğularını bölüşür. Yəni bu baxımdan onlayn medianın tənzimlənməyə alınmasının özü ciddi yeniliklərdən biridir. Bəziləri çıxış edərək bildirirlər ki, onlayn medianı nəzarətə götürürlər, amma bu yanlış fikirlərdir. Burda nəzarətə götürməkdən söhbət getmir, belə xaotik durum bizim peşəkar jurnalistlərimiz üçün çətinliklər yaradır. Kimlər ki, peşəkar şəxsdir, onlayn müstəvidə yeni KİV qurumu yaradıb və onların statusu tanınmadığına görə KİV adına olan güzəştlərdən və yaxud da ki, statuslardan istifadə edə bilmirlər. Amma kimlər ki, KİV-ə neqativ məqsədlə gəlib onlar bundan daha çox faydalanırlar. Ona görə də bu xaotik duruma aydınlıq gətirmək və standartları müəyyənləşdirmək lazımdır. Üçüncü məqamlardan biri agentliyin jurnalistlərin peşəkarlığının artırılması, qlobal çağırışlara inteqrasiya sahəsində status verməsi mühüm məsələlərdən biridir. Bizim Azərbaycan jurnalistləri peşəkardırlar, vətənpərvərdilər, fədakardırlar, amma beynəlxalq trendlər var ki, onlara mütləq uyğunlaşmaq lazımdır ki, lazımı məqamlarda biz sözümüzü dünya platformalarında da deməyi bacaraq. Bu baxımdan agentliyə də müəyyən missiya tapşırılıb və bu da yerinə yetiriləcək. Bu sahədə yeniliklər çoxdur. İndi yeni qəbul olunacaq media qanununu gözləmək lazımdır ki, orda standartlar necə müəyyənləşəcək və ona uyğun da medianın fəaliyyətini tənzimləmək mümkün olacaq.

Hesab edirəm ki, Medianın İnkişafı Agentliyinə böyük səlahiyyətlər verilir və bunlar dövrün tələblərinə cavab verən səlahiyyətlərdir. Arzu edək ki, onları layiqincə yerinə yetirə bilsinlər”.

Vasif Əlihüseyn

XƏBƏR LENTİ