Peyvənd olunan Oqtay Şirəliyevdən açıqlama

645 18-01-2021, 11:51 cemiyyet

Peyvənd olunan Oqtay Şirəliyevdən açıqlama"Ölkə rəhbərliyinin səyi nəticəsində Azərbaycan da ən zəngin ölkələr siyahısına daxil olaraq vaksinasiyaya başlayıb".

"Report" xəbər verir ki, bunu bu gün koronavirus əleyhinə peyvənd olunan səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Onun sözlərinə görə, əksər ölkələrdə vaksinasiya ilin sonunda başlayacaq: "Amma Azərbaycan bütün şirkətlərlə əlaqələr qurub. Vaksin kifayət qədər təhlükəsizdir. Bu vaxta kimi heç bir fəsad aşkar edilməyib. Vətəndaşlarımız vaksinasiyaya qoşulmağa dəvət edirik".

XƏBƏR LENTİ