Yerevanda etiraz mitinqi keçirilir

753 12-02-2021, 15:38 dunya

Yerevanda etiraz mitinqi keçirilirYerevanın Azadlıq meydanında “Vətənin qurtuluşu hərəkatının” lideri Vazgen Manukyanın təşəbbüsü ilə mitinq keçirilir.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, fevralın 11-də hərəkatın Ermənistanın baş naziri postuna vahid namizədi Vazgen Manukyan ölkə əhalisinə bugünkü mitinqlə bağlı müaciətində deyib: “Biz göz görə-görə vətənimizi itiririk”.

Xatırladaq ki, fevralın 12-də keçirilən mitinq Nikol Paşinyanın istefasını tələb edir.

XƏBƏR LENTİ