Rusiya və BƏƏ səsdən sürətli sərnişin təyyarəsi yaradır - Rusiyalı nazir

866 22-02-2021, 00:15 dunya

Rusiya və BƏƏ səsdən sürətli sərnişin təyyarəsi yaradır - Rusiyalı nazirRusiyanın Birləşmiş Aviatikinti Korporasiyası və Əmirliyin «Mubadala» dövlət şirkəti səsdən sürətli sərnişin təyyarəsi işləyib hazırlamaq üçün birgə müəssisə yaradacaq.

Yeni layihə barədə Rusiyanın sənaye və ticarət naziri Denis Manturov özünün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri çərçivəsində danışıb.

«Bu, birgə müəssisə olacaq. Sual isə budur ki, payçılar kimlər olacaq? Hələlik biz, bu suala yetişməmişik. Əmirlik tərəfdən bu, «Mubadala» olacaq, biz tərəfdən isə - aydındır ki, Birləşmiş Aviatikinti Korporasiyası və ya onun «törəmə»lərindən biri olacaq» - «TASS» agentliyi nazirdən sitat gətirir.

Nazirin sözlərinə görə, səsdən sürətli biznes ola bilsin ki, 2021-ci ilin sonuna və ya 2022-ci ilin əvvəlinə formalaşsın. Sərnişin biznesini iki versiyada planlayırlar: sərnişintutumu səkkiz və 30 nəfər olmaqla.

Xatırladaq ki, «Mubadala» dövlət şirkəti tam olaraq Əbu-Dəbi hökumətinə məxsusdur.

1-5 Max sürət səsdən sürətli hesab olunur. Müqayisə üçün bildirək ki, müasir «Airbus A350» maksimal sürəti 0,89 Maxa (12 min 190 metr hündürlükdə 945 km/saat) çatdıra bilir. Yeni təyyarənin sürəti isə 1,5-1,8 Max olacaq./AzPolitika.info

XƏBƏR LENTİ