Bakıda 32 yaşlı qadını görüntüləri ilə şantaj etdilər

775 18-06-2021, 15:26 cemiyyet / kriminal

Bakıda 32 yaşlı qadını görüntüləri ilə şantaj etdilərBakı sakini qadını şantaj edərək pul tələb edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Xeberdar.net-ə verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinə müraciət edən 32 yaşlı bir qadın cari ilin mart-aprel aylarında tanışının onun videogörüntülərini sosial şəbəkədə paylaşacağı ilə hədələyib 8700 manat pul tələb etməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Abdullayev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ