VAKSİN NÖVBƏLƏRİ YOLUXMA MƏNBƏYİNƏ ÇEVRİLİB - “Kim cəld tərpənsə, o da vaksin olunur...” + FOTOLAR

VAKSİN NÖVBƏLƏRİ YOLUXMA MƏNBƏYİNƏ ÇEVRİLİB - “Kim cəld tərpənsə, o da vaksin olunur...” + FOTOLARSentyabrın 1-dən COVİD-19 pasportu və ya immunitet sertifikatı olmayan şəxslərin bəzi qapalı məkanlara girişinə icazə verilmir. Operativ Qərargahın 26 iyulda açıqladığı qərara əsasən, vaksin olunmayanlar iri ticarət mərkəzlərinə, ictimai iaşə obyektlərinə və mehmanxanalara buraxılmayacaqlar. Həmçinin qeyd olunub ki, yeni dərs ilində 18 yaşı tamam olmuş tələbələrdən vaksin sertifikatı tələb olunacaq.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin(TƏBİB) məlumatında isə bildirilir ki, vaksinə qarşı həssas olanlara əks göstəriş sertifikatı verilir.

"Əks göstəriş sertifikatı almaq üçün vətəndaşlar ərazi üzrə poliklinikalara müraciət etməlidirlər", - deyə məlumatda qeyd olunur.

"Əks göstərişləri olanlar" dedikdə, müxtəlif xəstəliklərin daşıyıcıları, habelə dərman preparatlarına qarşı allergiyası olan şəxslər nəzərdə tutulur. Onlara sertifikatlar müvafiq komissiyanın rəyi əsasında veriləcək.

Xatırladaq ki, aidiyyatı qurumların məlum açıqlamalarından sonra randevu. its.gov.az portalında vaksin növbəsi götürənlərin sayında 50 faizə qədər artım müşahidə olunub. Xəstəxanalarda, poliklinikalarda peyvənd olunmaq istəyənlərin uzun növbələri yaranıb.

Rəsmi statistikaya əsasən, Azərbaycanda indiyədək 7 milyon dozadan artıq vaksin istifadə olunub. Təxminə 3 milyona yaxın insana peyvəndin hər iki dozası vurulub. Hazırda günlük ortalama 100 mindən artıq vətəndaşa vaksin vurulur.

VAKSİN NÖVBƏLƏRİ YOLUXMA MƏNBƏYİNƏ ÇEVRİLİB - “Kim cəld tərpənsə, o da vaksin olunur...” + FOTOLAR
Prosesi yaxından izləmək üçün Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında peyvənd növbəsində dayanan insanlar arasında sorğu apardıq. İnsanların əksəriyyəti işini itirməmək və ya hərəkət azadlığının məhdudlaşdırılmasını istəmədiklərinə görə vaksin olunduqlarını dedilər. Az sayda insan virusdan qorunmaq üçün peyvənd oldunduğunu söylədi ki, bu da vaksinasiya ilə bağlı maarifləndirici tədbirlərin yetərincə aparılmadığının göstəricisidir.

Xəstəxananın həyətində peyvənd növbəsi gözləyənlər vaksinasiyanın düzgün təşkil olunmamasından, prosesin ləng aparılmasından şikayətlənirdilər. Bundan başqa, karantin qaydalarının pozulduğunu da müşahidə etdik. İnsanlar nə ara məsafəsi saxlayır, nə də maskadan düzgün istifadə edirdilər. Bunu heç onlardan tələb edən də yox idi.
VAKSİN NÖVBƏLƏRİ YOLUXMA MƏNBƏYİNƏ ÇEVRİLİB - “Kim cəld tərpənsə, o da vaksin olunur...” + FOTOLAR
Peyvənd olunmağa gələnlərdən biri vətəndaşları sıraya düzüb növbə təşkil etməyə çalışdı, lakin alınmadı. Mühafizə xidmətinin cəhdləri də səmərəsiz oldu, nəticədə sıxlıq və narazlıq daha da artdı. Vətəndaşlar şikayətlərini bildirmək üçün şöbə müdiri ilə görüşməyə getdilər. Lakin orada da vətəndaşlara bildirdilər ki, gözləməkdən başqa çarə yoxdur.

Vaksin olunmaq üçün adıçəklilən xəstəxanaya üz tutan Rəşad Süleymanov adlı vətəndaş "AzPolitika.info"-nun əməkdaşına bildirdi ki, səhər saat 10-da gəlsə də növbədə 365-ci adamdır: "İlk dozanı vurduran zaman da eyni problemlə qarşılaşmışdım. İşdən icazə alıb gəlmişəm, amma deyirlər ki, axşam saat 5-ə qədər gözləməlisən. Onlayn növbəyə məhəl qoyan yoxdur. Kim cəld tərpənsə, o da içəri keçir".
VAKSİN NÖVBƏLƏRİ YOLUXMA MƏNBƏYİNƏ ÇEVRİLİB - “Kim cəld tərpənsə, o da vaksin olunur...” + FOTOLAR
Başqa bir həmsöhbətimiz Şahin Hüseyinov isə qeyd etdi ki, səhər saat 07.00-da gəlməsinə baxmayaraq, növbədə 165-ci sıradadır. Onun sözlərinə görə, 4-5 saat ərzində cəmi 50 nəfər vaksin olunub.

Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Günay Quluzadə isə "Facebook" səhifəsində bildirib ki, xəstəxanalarda vaksin növbələrini tənzimləmək tibb işçilərinin vəzifəsi deyil.

O, vurğulayıb ki, əksəriyyəti xanımlar olan işçilərin narazı kütlənin önünə çıxması arzuolunmazdır: "Vətəndaşların əksəriyyəti randevusuz gəlir və tibb işçiləri onları növbəyə salır, bu da zaman itkisiylə nəticələnir. Vətəndaşlarımızdan bu məsələyə anlayış göstərmələrini istəyirik. Yanvar ayından ölkədə vaksinasiyaya başlanılsa da, insanların son günlərdə xəstəxanalara üz tutmaları onların öz günahlarıdır".

Problemlə bağlı TƏBİB-dən "AzPolitika.info"-nun sorğusuna cavab olaraq bildirildi ki, Nazirlər Kabinetinin qərarına əsasən, onlar yalnız regionlarda vaksinasiya ilə məşğuldurlar. Həmçinin, müxtəlif qurumların müraciəti əsasında səyyar vaksinasiya da həyata keçirirlər.

Beləliklə, önümüzdəki mənzərə heç də ürəkaçan deyil. Vaksin növbələri sözün əsl mənasında yoluxma mənbəyinə çevrilib. Bu növbələrin tənzimlənməsi, eləcə də vaksinasiya prosesinin sürətləndirilməsi işini isə heç kim öz öhdəsinə götürmək istəmir...

Elvin Bəyməmmədli

"AzPolitika.info
"

VAKSİN NÖVBƏLƏRİ YOLUXMA MƏNBƏYİNƏ ÇEVRİLİB - “Kim cəld tərpənsə, o da vaksin olunur...” + FOTOLAR

  • 5-09-2021, 09:55
  • 203


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Polisin işə səthi yanaşması Göyçayda avtoxuliqanlıq nəticəsində qəzaların sayının artmasına səbəb olur
  2. Nərimanov rayonunda ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi keçirilib
  3. 14 gün bu metodu etsəniz, virus məhv olar - Türk professordan açıqlama
  4. Temperatur kəskin enir: 2 DEKABRADƏK... - XƏBƏRDARLIQ
  5. “Yaxt klub”da oğurluq olub
  6. Neft yenidən bahalaşıb
  7. Bakıda 15 yaşlı yeniyetmə vəfat etdi
  8. Jurnalistlər Eldəniz Səlimovun məhkəməsinə buraxılmadı
  9. “AzerGold” şefi Zakir İbrahimovun QIZIL KİMİ OĞLU… – NƏ İŞLƏR ÇEVİRİR… FOTO
  10. Nazir müavinləri təbiətin QƏNİMİNƏ ÇEVRİLİB - FAKT BUDUR!
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI