Həbsdə olan deputatdan XƏBƏR VAR

480 6-09-2021, 13:28 cemiyyet

Həbsdə olan deputatdan XƏBƏR VARKürdəxanı İstintaq Təcridxanasında saxlanılan deputat Eldəniz Səlimov özünü yaxşı hiss edir.

Bunu Modern.az-a açıqlamasında onun hüquqlarını müdafiə edən vəkil İlqar Əliyev bildirib.

İ.Əliyev deputatın saxlanma şəraitindən, səhhətindən hər hansı şikayəti olmadığını deyib.

E.Səlimovun ona qarşı irəli sürülən ittihamları qəbul edib-etmədiyinə gəlincə, vəkil bunun istintaq sirri olduğunu vurğulayaraq, açıqlamaqdan imtina edib.

Hüquq müdafiəçisi həmçinin deyib ki, hər bir şəxs kimi E.Səlimov da ailə üzvlərilə əlaqə saxlamaq hüququndan istifadə edir.

Xatırladaq ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Milli Məclisin avqustun 3-də keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib. Həmin gün Binəqədi Rayon Məhkəməsi onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib.


Xeberdar.net

XƏBƏR LENTİ