Vladimir Putinin Tacikistana səfərinin tarixi açıqlanıb

622 13-09-2021, 10:39 dunya

Vladimir Putinin Tacikistana səfərinin tarixi açıqlanıbRusiya Prezidenti Vladimir Putin sentyabrın 15-də Tacikistan Prezidenti Emomali Rahmonun dəvəti ilə Düşənbəyə səfər edəcək.

X eberdar.net “.sputniknews”a istinadən xəbər verir ki, məlumatı Tacikistanın Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, Vladimir Putinin Emomali Rahmonla təkbətək görüşü nəzərdə tutulub.

Məlumata görə, prezidentlər Düşənbə, Xocənd, Kulyab, Bohtar və Tursunzoda şəhərlərindəki rusdilli 5 məktəbin təməlqoyma mərasimində virtual olaraq iştirak edəcəklər.

Görüşün yekununda Rusiya və Tacikistan liderləri ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair 10-dan çox sənəd imzalayacaqlar.

XƏBƏR LENTİ