Sabiq icra başçısının həbs müddəti uzadılıb

580 12-10-2021, 11:27 cemiyyet

Sabiq icra başçısının həbs müddəti uzadılıbCəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Xeberdar.net
-in Müsavat.com -a istinadən məlumatına görə, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, N.Zeynalov barəsində həbs-qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, N.Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

O, Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

Xeberdar.net

XƏBƏR LENTİ