Kənd təsərrüfatı sənin üçün ASAN XİDMƏT deyil, İnam Kərimov…- İnam Kərimov nazirliyi...

781 4-11-2021, 10:18 cemiyyet / gundem

Kənd təsərrüfatı sənin üçün ASAN XİDMƏT deyil, İnam Kərimov…- İnam Kərimov nazirliyi...Fars dilini əla bilən kənd təsərrüfatı naziri KƏNDLİNİN dilini bilmir…

İnam Kərimov nazirliyi ASAN XİDMƏT-in filialına çevirib


Neft və qazı bir kənara qoysaq, Azərbaycan tarixən aqrar ölkədir. Neft və qazın da bir gün tükənəcəyi heç kimə sirr deyil. Ona görə də cənab Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələsini dəfələrlə, dönə-dönə vurğulayır, bu sahəyə kifayət qədər dövlət vəsaiti, subsidiyalar ayırır. Amma…
Amması odur ki, keçmiş kənd təsərrüfatı naziri, ixtisasca mühasib-buxqalter olan Heydər Əsədov onsuz da aqrar sahəni bərbad günə qoymuşdu. Heydər Əsədov nazir olanadək 1 saat da olsun aqrar sahədə çalışmamışdı.
Onun xələfi olan İnam Kərimov isə deyəsən Heydər Əsədovdan bərbad durumda təhvil aldığı aqrar sahənin axırına çıxacaq.
Bəli, İnam Kərimov əvvəl gimnaziyada fars dilini öyrənib, sonra beynəlxalq hüquq-filan, daha sonra ASAN XİDMƏT-zad…
Bir soruşan yoxdur ki, kənd təsərrüfatı naziri olmaq üçün fars dilini bilmək lazım deyil, kəndlinin, torpağın, lap inəyin, dananın, qoyunun, quzunun dilini bilməlisən…
İki gündən bir rayonlara “qastrola” gedib qoyun-quzu ilə, inəklə şəkil çəkdirməklə aqrar sahə inkişaf edə bilməz, cənab nazir.
Axı, bu sahə yazı-pozu ilə məşğul olan ASAN xidmət deyil e..
Ölkə başçısı ənənəvi sahələrin, baramaçılığın, pambıqçılığın inkişaf etdirilməsi üçün təşəbbüs göstərib.
Nazir İnam Kərimov isə Çindən 1.5 milyon tut tingi gətirməklə işini bitmiş hesab edir.
O tinglərin alınmasına neçə milyon pul verilmişdi, cənab İnam Kərimov ?
O tinglərin neçə mini quruyub, xəbərin varmı ?
Cənab nazir özünə söz verib ki, Kənd Təsərrüfatı Nazirliyini ASAN XİDMƏT-in filialına çevirəcək.
Təsəvvür edirsiniz, İnam Kərimov vaxtilə ASAN XİDMƏT-də işləyən, regionşünas dostu Seymur Mövlayevi Baytarlığa, Aqrar Xidmətə rəis təyin edir.
Ay adam, sən başa düşmürsən ki, regionşünas hara, baytarlıq hara ?
Heyvan xəstələnəndə regionşünas dostunuz heyvana necə baxacaq ?
Belə faktlar yüzlərlədir.
Konkret desək İnam Kərimov kənd təsərrüfatı sahəsindəki KADR KORPUSUNU məhv edir.
İnam Kərimovun nazir təyin olunduğu 3 ildən çoxdur.
Bu 3 ildə nə iş gördün, cənab nazir ?
Ancaq tenderləri öz yaxın dostıarına verməklə nələr qazandın ?
Bəs aqrar sahə nə qazandı ? Heç nə.
Sapoq geyib rayonlara getməklə məsələ həll olunmur, yığışdır bu tipli reklamlarını.
Fermerlərə, sahibkarlara baha qiymətə verdiyiniz heyvanların çoxu xəstədir.
Dövlətin fermerlərə ayırdığı subsidiyanın az hissəsini nağd verib, qalan hissəsini gübrə ilə əvəz edirsən.
Gübrəni ölkəyə gətirən dostlarınla əlbir olub, milyonları mənimsəyirsən. Elə bilirsən bütün bunları xalq bilmir ?
Milyonlarla ölçülən subsidiyalar hara xərclənir ?
3 ildir nazirsiniz. Bircə dəfə hesabat verin görək, indi subsidiyalar hara xərclənir ?
Müqəddəs Ramazan ayında qurbanlıq adı altında qoyunlar gətirirsiniz, bunları şəffaf şəkildə etmək olmazmı ?
Nə bilək qurbanlıq adı altında nələr törətmirsiniz ?
Baramaçılıqdan danışırsan, cənab nazir. Heç olmasa, baramanın sortlarını bilirsənmi ?
Cənab nazir ! Ulu Öndər deyirdi ki, bir ağacın budağı kəsiləndə elə bil qolumu kəsirlər. Sən isə 1 ay əvvəl Masallıda meşələri məhv edib, qiymətli ağacları kəsib yerində bostan salırsan.
Sənə kim ixtiyar verib ki, ağacları qırıb meşələri şumladırsan ?
Sənin bu hərəkətinə görə, az qala Cənub zonası ayağa qalxmışdı. Əhalini niyə dövlətdən narazı salırsan ? Zəngilana apardığın adamların içərisində sən bilirsənki kimlər olub? Sən bilirsənki bu siyahı tam araşdırılandan sonra sənə sağ ol deməyəcəklər. Bu başqa bir yazının mövzusudur.
Meşələri əkdirib çay plantasiyası salmaq sənin ağlına haradan gəlib, cənab fars dili müəllimi ?
BETA çay şirkəti ilə necə sövdələşmisən ?
Bəlkə, bunları Əli İnsanovun təlimatları ilə edirsən ?
Kimin ƏLİ kimin cibindən çıxır, yaxşı bilirik, cənab İnam Kərimov.
Dövlət İmtahan Mərkəzindən keçmədən dostlarını, həyat yoldaşının rəfiqələrini nazirlikdə dövlət qulluqçusu kimi işə götürürsən.
Cənab nazir, bu ixtyarı sənə kim verib ?
Cənab nazirin əlaqələrinin bir ucu isə hətta həbsxanaya qədər gedib çıxır.
Bu barədə növbəti yazıda.
gundelik baki com

XƏBƏR LENTİ