Şuşaya iki dəfə hücum etdik – Paşinyan

520 11-11-2021, 12:39 dunya

Şuşaya iki dəfə hücum etdik – PaşinyanAzərbaycan Ordusunun Şuşanın işğaldan azad edilməsi əməliyyatının bir ilinin tamam olması ilə əlaqədar Ermənistan Baş naziri Nikol Paşinyanın bu mövzuda müsahibəsi yenidən gündəmə gəlib.

Axar.az xəbər verir ki, Şuşanın azad edilməsindən bir həftə sonra mediaya müsahibəsində Nikol Paşinyan bunları demişdi:

“Şuşanı qaytarmaq üçün iki dəfə cəhd etdik, ikisi də uğursuz oldu. Məsələn, Şuşanın itirildiyini biləndə mənə hələ də orada 50 nəfər döyüşçünün olduğunu dedilər. Mən bu məlumatı verən şəxslə əlaqə qurulmasını istədim və öyrəndim ki, həmin şəxs Şuşada deyil, Xankəndidədir.

Mübarizənin artıq mənasız olduğu tam üzə çıxdı”.

N.Paşinyanın sözlərinə görə, Ermənistan ordusu sona qədər Şuşanı saxlamağa çalışıb, sadəcə bacarmayıb:

“Şuşa alınandan sonra döyüşdəki geriləmələrin qarşısıalınmaz olduğunu anladıq”.

Qeyd edək ki, bir neçə ay öncə N.Paşinyan parlament çıxışında “Siz deyirsiniz ki, həmişə əhalisinin 90%-dən çoxu azərbaycanlılardan ibarət olan Şuşa erməni şəhəridir?” sualı ilə İrəvanda gündəm yaratmışdı. Bu, Şuşanın tarixi Azərbaycan şəhəri olduğunu ermənilərin də çox yaxşı bildiyinin ən yüksək səviyyədə etirafı idi.

Xeberdar.net

XƏBƏR LENTİ