Bakı metrosunda DƏHŞƏTLİ ANLAR: Sərnişin relsin üstünə düşdü

683 5-12-2021, 11:58 cemiyyet / hadise

Bakı metrosunda DƏHŞƏTLİ ANLAR: Sərnişin relsin üstünə düşdü"İçərişəhər-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatar "Nəriman Nərimanov" stansiyasına daxil olarkən sərnişin stansiya yoluna düşüb.

"Bakı metropoliteni" QSC-dən Musavat.com-a verilən məlumata görə, hadisə ilə bağlı, dərhal xətdən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım çağırılıb və təlimat tələblərinə uyğun olaraq, sərnişin stansiya yolundan çıxarılıb.

Sərnişinə ilkin tibbi yardım göstərilib. 12 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub. Aidiyyəti üzrə araşdırma aparılır.

xeberdar.net

XƏBƏR LENTİ