Bakıda su kanalında kişi meyiti tapıldı

665 10-03-2022, 19:45 hadise

Bakıda su kanalında kişi meyiti tapıldı

Bakıda su kanalında kişi meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 112 xidmətinə Sabunçu rayonunda, su kanalında aşkarlanan bir nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

Görülən tədbirlər nəticəsində 1969-cu il təvəllüdlü Mehdiyev Məhəmməd Nəriman oğlunun meyiti kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

XƏBƏR LENTİ