Abşeronda avtomobillər toqquşub, ölən var

788 8-04-2022, 13:54 hadise

Abşeronda avtomobillər toqquşub, ölən var
Abşeronda avtomobillər toqquşub, ölən var.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 8-i saat 1 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində R.Şıxalıyevin idarə etdiyi “Opel” və V.Alcanovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə R.Şıxalıyevin sərnişini Qahir Tarverdiyev xəstəxanaya aparılarkən ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ