“500 min ukraynalı zorla Rusiyaya aparılıb” - Zelenski

502 13-04-2022, 23:19 dunya

“500 min ukraynalı zorla Rusiyaya aparılıb” - Zelenski“Rusiya qoşunları artıq 500 min Ukrayna vətəndaşını zorla öz ölkələrinə aparıblar”.

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Estoniya parlamentinə müraciətində deyib.

Onun sözlərinə görə, deportasiya edilmiş ukraynalılar sənədlərindən məhrum edilirlər, onlardan həmçinin telefonları da toplanılır.

“Onları Rusiya Federasiyasının müxtəlif regionlarına göndərirlər. Onların Ukraynaya qayıtmasına hər vəchlə əngəl yaradılır. Uşaqları valideynlərindən ayırır və onları qanunsuz övladlığa verilmək üçün Rusiyadakı ailələrə göndərmək istəyirlər. Rusiyanın zərbələrinin qurbanına çevrilmiş Ukrayna şəhərlərində artıq on minlərlə insan həlak olub. Yaşayış məntəqələrinə və mülki infrastruktura qarşı Rusiya ordusu bütün növ artilleriyadan, bütün növ raketlərdən, aviabombalardan, xüsusən də fosfor bombalarından istifadə edir”, - deyə V.Zelenski bildirib. (Mənbə: Unian.net)

XƏBƏR LENTİ