Parisdə yüzlərlə sərnişin tuneldə qaldı - VİDEO

Parisdə yüzlərlə sərnişin tuneldə qaldı - VİDEOFransanın paytaxtı Parisdə şəhərətrafı qəsəbələr arasında səfərlər həyata keçirən RER B və RER D xətləri sıradan çıxıb. Yüzlərlə sərnişin uzun müddət tuneldə qapalı şəraitdə qalıb və bu səbəblə də qatarların hərəkəti dayandırılıb.

Tunellərdə ilişib qalan sərnişinlər daha sonra qatarlardan düşərək stansiyaya qədər piyada gediblər.

Sərnişinlərdən biri konduktorun onlara qapıları özlərinin açmasını söylədiyini və təxminən 50 dəqiqə qatarda qaldıqlarını bildirib. O, qatardan düşdükdən sonra növbəti stansiyaya qədər 45 dəqiqə piyada getdiyini qeyd edib.

Sərnişinlərin lentə aldığı görüntülərdə qatardan düşənlərin telefonlarındakı işıqların köməyi ilə tuneldə növbə ilə irəlilədikləri görünür. Bəzi sərnişinlər xətləri işlədən şirkətlərdən narazılıqlarını ifadə edərək onlara dəymiş ziyanın ödənilməsini tələb ediblər.


Mənbə: Haber Global

Parisdə yüzlərlə sərnişin tuneldə qaldı - VİDEO

  • 20-07-2022, 17:11
  • 564


Oxşar mövzular
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI