Daha bir məktəbdə rüşvət qalmaqalı - Müəllimin səsyazısı yayıldı

1 038 21-07-2022, 18:14 cemiyyet

Daha bir məktəbdə rüşvət qalmaqalı - Müəllimin səsyazısı yayıldıOrta məktəbi bitirən şagirdin valideyninə səs atılaraq atestat və digər işlərlə bağlı pul tələb edilib.
Müəllimə aid olduğu iddia edilən səs yazısında digər şagirdlərdən də eyni məbləğdə pul tələb olunur.


Hadisənin Sumqayıt şəhərindəki məktəblərdən birində baş veridiyi bildirilir.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, səs yazısından xəbərləri var. Buna görə artıq araşdırmalara başlanılıb.
Təhsil idarəsindən o da qeyd edilib ki, əgər fakt öz təsdiqin taparsa müəllim haqda qanuna müvafiq olaraq tədbir görləcək.

XƏBƏR LENTİ