Qarabağa terrorçu göndərən “Abxaz”ın bazası vuruldu

518 22-08-2022, 11:37 dunya

Qarabağa terrorçu göndərən “Abxaz”ın bazası vurulduDonetskdə “Pyatnaşka” terror birləşməsinin yerləşdiyi baza vurulub.

Xeberdar.net-in məlumatına görə, bu barədə Luqansk vuilayət administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

“Hazırda Donetskin ətrafında Luqanskda döyüşən məşhur “Pyatnaşki” beynəlmiləl quldur dəstəsinin bazası yanır. Çoxlu sayda ölü və yaralı var, texnikalar məhv edilib”, - Qayday bildirib.

Qeyd edək ki, “Pyatnaşka” terrorçu dəstəsinin rəhbəri məşhur terrorçu “Abxaz” ləqəbli Axra Avidzbadır. İkinci Qarabağ müharibəsi zamanı Avidzba Abxaziyadakı Baqramyan batalyonunun keçmiş üzvlərinin iştirakı ilə xüsusi batalyon yaradılaraq Qarabağa göndərib.

Xeberdar.net

XƏBƏR LENTİ