Bərdədə narkotacirlər saxlanılıb

Bərdədə narkotacirlər saxlanılıbBərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə Ağdam rayon sakini Arzuman Niftalıyev saxlanılıb. Onun üzərinə baxış zamanı narkotik vasitə olan marixuana aşkar edilib.

Araşdırmalarla A.Niftalıyev narkotik vasitəni Şaxmalı adlı şəxsdən aldığını bildirib. Davam etdirilən tədbirlər nəticəsində Ağdam rayon sakini Şaxmalı Cəfərov da saxlanılıb. Onun evində aparılan axtarış zamanı çəkisi 5 kiloqram 200 qram olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Bərdədə narkotacirlər saxlanılıb

  • 3-09-2022, 09:00
  • 346


Oxşar mövzular
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI