"Telegram"da yeni funksiyalar olacaq

"Telegram"da yeni funksiyalar olacaqYenilikdən yalnız messencerin ödənişli istifadəçiləri yararlana biləcək

"Telegram" messencerinin iOS və Android üçün beta versiyasında bir sıra yeni funksiyalar olacaq. Xeberdar.net xəbər verir ki, bu barədə “Durov kodeksi” internet nəşri məlumat yayıb.

Funksiayalardan biri profil statusu kimi fərdi emoji təyin etmək imkanıdır. Bu emoji istifadəçinin "Telegram Premium" abunəsi olduğunu göstərən ulduz işarəsinin yerini alacaq.

Qeyd edək ki, yenilikdən yalnız messencerin ödənişli istifadəçiləri yararlana biləcək. Fərdi status həm profildə, həm də qrup çatlarında adın yanında göstəriləcək.

Bundan əlavə, istifadəçilər taymerlə müvəqqəti status təyin edə, həmçinin daha əvvəl messencerdə görünən fərdi emodjilərdən istifadə edə biləcəklər.

Xeberdar.net

"Telegram"da yeni funksiyalar olacaq

  • 3-09-2022, 12:20
  • 375


Oxşar mövzular
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI