ABŞ-dan Rusiyaya tərs sillə

518 3-09-2022, 12:22 dunya

ABŞ-dan Rusiyaya tərs silləRusiyanın XİN başçısı Sergey Lavrova Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında, habelə dünya liderlərinin görüşündə iştirak etmək üçün viza verilməyib.

Milli.Az bildirir ki, S.Lavrovla yanaşı, Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova və ölkənin nümayəndə heyətindəki daha 54 nəfər də ABŞ-a səfər üçün viza ala bilməyiblər.

BMT Baş Assambleyasının növbəti illik sessiyası iki həftə sonra başlanacaq. ABŞ isə Rusiyanı Ukraynadakı müharibəyə görə "işğalçı dövlət" adlandıraraq viza verməkdən boyun qaçırır.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya qurumun baş katibi Antoniu Quterrişə yolladığı məktubunda belə yazıb.

"Son aylarda ABŞ-ın BMT-nin müxtəlif tədbirlərinə iştirak etmək üçün Rusiya vətəndaşlarına giriş vizaları verməkdən sürəkli olaraq boyun qaçırması bizi narahat edərək qayğılandırır", - V.Nebenzya yazıb.

ABŞ Dövlət Departamenti isə bəyan edib ki, vizalarla bağlı informsiyalar məxfi olduğundan "ayrı-ayrı halları müzakirə edə bilməzlər".
ABŞ-dan Rusiyaya tərs sillə
Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin ofisinin açıqlaması fərqli olub: "BMT-nin mənzil-qəraragahının yerləşdiyi ölkə qismində öhdəliklərimizə ciddi yanaşırıq": "Sorğunun vaxtında nəzərdən keçirilməsi üçün vizalarla bağlı müraciət mümkün qədər tez olmalıdır, çünki hər il BMT tədbirlərindəki nümayəndəliklə bağlı Rusiyadan yüzlərlə viza müraciətinə baxırıq".

BMT-nin mənzil-qərargahının statusu ilə bağlı 1947-ci ildə qəbul edilmiş anlaşmaya görə, ABŞ əcnəbi diplomatlar üçün bu quruma girişi təmin etmək məcburiyyətindədir. Lakin Vaşinqton hesab edir ki, bir sıra məqamlara görə - məsələn, təhlükəsizlik, xarici siyasət və ya terror təhlükəsi - viza verməyə bilər.

Xatırladaq ki, bu ilin fevralında, Rusiya Ukraynaya qoşun yeridəndən dərhal sonra ABŞ Rusiyanın XİN başçısı Sergey Lavroya qarşı sanksiyalar tətbiq edib.

XƏBƏR LENTİ