Şəhərdə partlayış baş verib

536 23-09-2022, 10:28 dunya

Şəhərdə partlayış baş veribUkraynanın Rusiyanın işğalı altında olan Melitopol şəhərində partlayış olub.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə şəhər meri İvan Fedorov bildirib.

Onun sözlərinə görə, partlayışın Rusiyaya qarşı çıxmağa hazırlaşan yerli sakinləri qorxutmaq və çəkindirmək məqsədilə törədildiyi ehtimal olunur.

Şəhər meri bildirib ki, partlayışla bağlı dəqiqləşdirmələr aparılır.

Qeyd edək ki, bu gün Melitopol şəhərinin də daxil olduğu Zaporejye vilayətində “referendum”un ilk səsverməsi keçirilir.

Məlumat üçün bildirək ki, Kreml işğal altında saxladığı bir sıra ərazilərdə, o cümlədən Donetks, Luqansk və Zaporejye vilayətlərində bu əraziləri Rusiyaya birləşdirmək üçün “referendum” keçirilməsini elan edib.

XƏBƏR LENTİ