İranın Ukraynadakı səfirinin akkreditasiyası ləğv edilib

553 24-09-2022, 11:07 dunya

İranın Ukraynadakı səfirinin akkreditasiyası ləğv edilibİranın Ukraynadakı müvəqqəti işlər vəkili XİN-ə çağrılıb

Ukrayna Rusiya tərəfindən öz ərazisində İran istehsalı silahların istifadəsinə cavab olaraq bu ölkənin Kiyevdəki səfirinin akkreditasiyasını ləğv edib.
Xeberdar.net-in xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, faktla əlaqədar sentyabrın 23-də İranın Ukraynadakı müvəqqəti işlər vəkili XİN-ə çağrılıb. İran tərəfinə Rusiyaya silah tədarükünün Ukrayna-İran əlaqələrinə zərbə vuran qeyri-dost hərəkət olduğu, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət və neytrallıq prinsipinə zidd olduğu bildirilib.

“Bu cür qeyri-dost hərəkətə cavab olaraq Ukrayna tərəfi İranın Ukraynadakı səfirini akkreditasiyadan məhrum etmək, həmçinin İranın Kiyevdəki səfirliyinin diplomatik işçilərinin sayını xeyli azaltmaq qərarına gəlib”, - deyə bəyanatda qeyd olunub.

XƏBƏR LENTİ