Sabah hava dumanlı olacaq - PROQNOZ

359 21-11-2022, 12:49 cemiyyet

Sabah hava dumanlı olacaq - PROQNOZNoyabrın 22-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.

Xeberdatr.net

XƏBƏR LENTİ