Bu jest onu Putinlə eyni sıraya qoyur...” - Orbanın şərfi siyasi qalmaqal yaradıb

363 22-11-2022, 17:19 dunya

Bu jest onu Putinlə eyni sıraya qoyur...” - Orbanın şərfi siyasi qalmaqal yaradıbAvropada “Putinin adamı” sayılan siyasətçilərdən biri kimi tanınan Macarıstan Baş naziri Viktor Orban Macarıstan və Yunanıstan futbol yığmaları arasında keçirilən yoldaşlıq oyununu izləmək üçün stadiona gəlib.

“AzPolitika.info” xəbər verir ki, Macarıstan-Yunanıstan oyunu zamanı Macarıstan Baş nazirinin boynuna taxdığı şərf siyasi qalmaqala səbəb olub. Belə ki, həmin şərfin üzərində “böyük Macarıstan”ın xətitəsi yer alıb.

Xəritədə qonşu ölkələrin bir hissəsi Macarıstan ərazisi kimi göstərilib. Söhbət Avstriya, Slovakiya, Rumıniya, Xorvatiya, Serbiya və Ukrayna ərazilərindən gedir. Bu ərazilər Birinci Dünya Müharibəsinə qədər doğrudan da Macarıstan krallığının ərazisi olub.

Rumıniyanın Avropa Parlamentindəki deputatı Alin Mitutsa Orbanın bu hərəkətini kəskin tənqid edib və bildirib ki, Avropa liderləri Orbanı bu cür davranışlarına görə cəzalandırmalı və təcrid etməlidirlər: “Bu jest onu Putinlə eyni sıraya qoyur, hansı ki, o, sərhədləri dəyişmək arzusundadır”.

Qeyd edək ki, bundan öncə də Orban oxşar qalmaqallı addımlara yer verib. Belə ki, Baş nazir 2020-ci ildə eynilə Macarıstanın 1920-ci ilə qədərki ərazisinin yer aldığı qlobusun şəklini paylaşmışdı.

Xatırladaq ki, Birinci Dünya Müharibəsinin yekunlarına dair Paris Sülh Konfransının gedişində Antanta ölkələri ilə Macarıstan arasında imzalanmış Trianon sülh müqaviləsinə görə Macarıstan krallığı ərazilərinin böyük hissəsini itirməli olub. Macarıstanda hələ də bu hadisə böyük məğlubiyyət kimi xatırlanır.

xeberdar.net

XƏBƏR LENTİ