Bakıda “qazi” saxlanılıb

340 23-11-2022, 14:39 cemiyyet

Bakıda “qazi” saxlanılıbOndan üzərində daşıdığı orden və medallar, hərbi geyim götürülüb

Paytaxtda Vətən uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən hərbi qulluqçulara verilən orden və medalları, hərbi geyimi, fərqlənmə nişanlarını qanunsuz əldə etməklə görüntü yaradan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, döyüşlərdə iştirak etməyən, 2-ci qrup əlil, 1986-cı il təvəllüdlü şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib.

Ondan üzərində daşıdığı orden və medallar, hərbi geyim götürülüb.

XƏBƏR LENTİ