İSA HƏBİBBƏYLİNİN GENERAL OĞLU SAXLANILIB? - "Oğlumla əlaqə qurmaq imkanım olmayıb..."

783 23-11-2022, 20:55 bolge / gundem

İSA HƏBİBBƏYLİNİN GENERAL OĞLU SAXLANILIB? - "Oğlumla əlaqə qurmaq imkanım olmayıb..."Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirib. Əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilir.
İSA HƏBİBBƏYLİNİN GENERAL OĞLU SAXLANILIB? - "Oğlumla əlaqə qurmaq imkanım olmayıb..."
Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsinin sədri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəylinin oğlu, general-leytenant Səhət Həbibbəylidir.

Səhət Həbibbəyli 2019-cu ilin mart ayında bu vəzifəyə təyinat alıb.

İsa Həbibbəyli oğlunun rəhbəri olduğu Naxçıvan Dövlət Gömrük Komitəsində keçirilən əməliyyatdan danışıb.

O, "Unikal"a açıqlamasında bu sözləri deyib:

"Hazırda Naxçıvan Gömrük Komitəsində yolxama aparılır. Oğlum da yoxlamalarda iştirak edir. Onunla əlaqə qurmaq imkanım olmayıb. Saxlanılıb-saxlanılmadığına dair dəqiq məlumatım yoxdur", - deyə o bildirib.

XƏBƏR LENTİ