Bakıda bərbərxanada qətl törədilib

482 16-12-2022, 17:05 cemiyyet / kriminal

Bakıda bərbərxanada qətl törədilibİsmət Qədirov şübhəli şəxs qismində tutulub

Prokurorluq Bakıda bərbərxanada baş verən qətl barədə məlumat yayıb.

Nəsimi Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, dekabrın 16-da saat 14 radələrində paytaxtın Nəsimi rayonu ərazisində 1994-cü il təvəllüdlü İlkin Qurbanlının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1994-cü il təvəllüdlü İsmət Qədirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İlkin Qurbanlını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmət Qədirov şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə istintaq davam edir.

XƏBƏR LENTİ