Zelenski Baydenlə görüşəcək

274 21-12-2022, 11:21 dunya

Zelenski Baydenlə görüşəcəkUkrayna prezidenti Vladimir Zelenski Amerika Birləşmiş Ştatlarına səfər edəcək . Xeberdar.net-in məlumatına görə, bu barədə CNN məlumat yayıb.

ABŞ prezidenti Co Baydenin Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü planlaşdırılır.
Bildirilib ki, Zelenskinin ABŞ-a qəfil səfəri Bayden administrasiyasının Ukraynaya "Patriot" zenit-raket komplekslərinin daxil olduğu yeni yardım paketi göndərməsi ilə üst-üstə düşür.

Dekabrın 21-də Ukrayna Prezidenti Vladimir Zelenski Nümayəndələr Palatasının və Konqresin birgə iclasında çıxış edəcək.

Bu Rusiya-Ukrayna müharibəsindən sonra Zelenskinin ilk xarici səfəri olacaq.

Xeberdar.net

XƏBƏR LENTİ