Tükiyədə İşəgötürənə 250 lirə dövlət dəstəyi veriləcək

259 22-12-2022, 15:22 dunya

Tükiyədə İşəgötürənə 250 lirə dövlət dəstəyi veriləcək
Minimum əmək haqqı üçün işəgötürənlərə verilən dövlət dəstəyi 100 lirədən 250 lirəyə qaldırılacaq.
Milyonlarla vətəndaşın səbirsizliklə gözlədiyi minimum əmək haqqı açıqlanıb.

Xeberdar.net
-in məlumatına görə, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan canlı yayımda Türkiyənin gündəmində olan minimum əmək haqqı ilə bağlı açıqlama verib.

Minimum əmək haqqı 8 min 500 lirədir.
Son zammı açıqlayan prezident Ərdoğan yeni minimum əmək haqqının 8 min 500 lirə olduğunu açıqlayıb.

Buna görə 2023-cü ildə yüzdə 54,5 artım edildi.

Bu çərçivədə minimum əmək haqqı artımı 2022-ci ilin yanvar ayı ilə müqayisədə 100 faiz, iyul ayı ilə müqayisədə 54,66 faiz, illik isə 74 faiz təşkil edib.
İşçi başına 250 lirə dəstək

Səbirsizliklə gözlənilən yeni minimum əmək haqqı işçiləri sevindirsə də, hökumət işəgötürəni də unutmadı.

Ağır yük altında qalacaq işəgötürənlərə hər işçi üçün 250 lirə dəstək veriləcəyi açıqlanıb.
Tükiyədə İşəgötürənə 250 lirə dövlət dəstəyi veriləcək


Xeberdar.net

XƏBƏR LENTİ