Paşinyan Türkiyədə səfərdədir

241 3-06-2023, 19:09 dunya

Paşinyan Türkiyədə səfərdədirPaşinyan ilk dəfə Türkiyəyə səfər edib

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir.

Xeberdar.net-in məlumatına görə, onu Ankaranın Esenboğa hava limanında Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Serdar Kılıç qarşılayıb.

N.Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasiminə qatılacaq.

Hökumət başçısını Ermənistan parlamentin vitse-spikeri, Ankara ilə münasibətlərin normallaşdırılması prosesində İrəvanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir.

Bu, N.Paşinyanın Türkiyəyə ilk səfəridir.

Xatırladaq ki, N.Paşinyan 2018-ci ildən Ermənistanın baş naziridir.

XƏBƏR LENTİ