XİN-dən Belarusla bağlı bəyanat...

300 11-06-2023, 20:16 dunya

XİN-dən Belarusla bağlı bəyanat...Azərbaycan-Belarus ikitərəfli əməkdaşlığın daha da dərinləşməsini səbirsizliklə gözləyirik.

Xeberdar.net-in məlumatına görə, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin tviter hesabında Belarusla ölkəmiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə paylaşımında yer alıb.

“Bu gün Azərbaycan və Belarus arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümüdür.

Bu münasibətlə Belarus hökumətinə və xalqına səmimi arzularımızı çatdırır və Azərbaycan-Belarus ikitərəfli əməkdaşlığın daha da dərinləşməsini səbirsizliklə gözləyirik”, - Azərbaycanın xarici siyasət idarəsindən qeyd edilib.

XƏBƏR LENTİ