Türkiyə Silahlı Qüvvələri PKK terrorçularına qarşı əməliyyatlarını davam etdirir.
Xeberdar.net-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Terrorçu haradadırsa, hədəfimiz də oradır. İraqın şimalındakı Hakurk və Metina bölgələrində aşkarlanan PKK-nın 6 terrorçusu Türkiyə ordusu tərəfindən məhv edilib”, - məlumatda bildirilib.