"Qaradağ"da zəncirvari qəza: 10 maşına zərər dəydi

310 18-06-2023, 18:47 cemiyyet / hadise

"Qaradağ"da zəncirvari qəza: 10 maşına zərər dəydiQaradağda zəncirvari qəza olub, xəsarət alanlar var.

Xeberdar.net-in Report-a istinadən məlumatına görə, hadisə bu gün saat 13:45 radələrində Bakı-Qazax yolunun 30-cu km-də qeydə alınıb.

Belə ki, iki yük avtomobilinin toqquşması nəticəsində yük avtomobillərinin sürücüləri idarəetməni itirib və nəticədə avtomobillərdən biri "Qaradağ" marketin önündə dayanan digər nəqliyyat vasitələrinə çırpılıb.

Qəza nəticəsində ilkin məlumata əsasən ölüm halı baş verməyib, 2 nəfər xəsarət alıb, 10-a yaxın avtomobilə maddi ziyan dəyib.