Ermənistan məhkəməsi əsir götürülmüş azərbaycanlı hərbçi Hüseyn Axundova hökm oxuyub.
Xeberdar.net-in məlumatına görə, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, məhkəmənin çıxardığı hökmə əsasən, Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.
Mayın 8-də Ermənistan məhkəməsinin hökmü ilə Aqşin Bəbirov 11.5 il müddətinə azadlıqdan məhrum edilmişdi.