Bu şəxslərin maaşları artırıldı

255 25-06-2023, 17:40 cemiyyet

Bu şəxslərin maaşları artırıldıNazirlər Kabineti "Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”ndə dəyişikliyi təsdiq edib.

Xeberdar.net-in məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Maliyyə Nazirliyinə tapşırılıb ki, aylıq vəzifə maaşları ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini 2023-cü ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirsin.

Qərar iyunun 1-dən tətbiq edilir.

XƏBƏR LENTİ