İranın Mədəniyyət və İrşad Nazirliyi Güney Azərbaycanın Zəncan şəhərində keçirilməsi planlaşdırılan “İran türkdillilərinin milli ənənəvi ritual festivalı” adlı mədəni tədbirin keçirilməsinə dair icazəni ləğv edib.
Xeberdr.net-in məlumatına görə, bu barədə zəncanlı sosial media fəalları paylaşım ediblər.
Məlumatda bildirilib ki, 4 gün müddətinə keçirilməsi planlaşdırılan festivalda Azərbaycan dilində 10 tamaşa, 10 aşıq musiqisinin ifası, türk hekayə və lətifələrinə əsaslanan yerli və ənənəvi ritual sənətlərinin nümayişi nəzərdə tutulurdu.